Ərdoğanın İsveçlə bağlı tələbi Türkiyəyə kömək edəcəkmi?

Bölmə: Siyasət › , Dünya › ,
Tarix: 12:25 20.07.2023

Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısının gündəmində Türkiyə də var. Artıq qardaş ölkə ilə bağlı yeni hesabat hazırlanıb. Sənəddə Türkiyə ilə danışıqlara başlanmayacağı qeyd olunub. Bildirilib ki, qardaş ölkə siyasi xəttində köklü dəyişiklik etməsə, İttifaqla Ankara arasında tam üzvlüklə bağlı danışıqların yenidən başlaması sual altına düşə bilər. Türkiyədən demokratik dəyərlərə, qanunun aliliyinə, insan haqlarına hörmətlə yanaşılması və ittifaqın əsas prinsiplərini tanıması istənilir. Bundan əlavə, hesabatda İsveçin NATO-ya üzvlüyünün təxirə salınmadan təsdiqlənməsi tələb edilir. Halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyü müqabilində Türkiyənin Avropa ittifaqına üzvlüyünə dəstək istəmişdi.

 

Siyasi şərhçi Telman Nüsrətoğlu deyir ki, Avropa Türkiyənin hər gün artan gücünü diqqətə almaq məcburiyyətindədir.

 

Politoloq Hasan Oktay isə Ərdoğanın İsveçlə bağlı tələbinin Türkiyəyə kömək olmayacağını deyir. Çünki Avropa Birliyi əhalinin çoxluğu, sərhədlərinin yaxın Şərqə qədər uzanması və problemli bölgələrlə qonşu olması, eləcə də, miqrasiya siyasətinə görə, rəsmi Ankaraya məsafəli davranır.

 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə İsveçin NATO-ya üzvlüyünün müzakirəsi zamanı Ankara ilə Brüssel arasında münasibətlərin bərpasını tələb edib.

 

Aysel