"TikTok"dan pul qazananlar: Mənbəyi hardan gəlir?-MÜTƏXƏSSİS AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 19:33 19.03.2024

Bir çox sosial şəbəkələr müxtəlif baxış sayı və yerləşdirilən reklamlarla müəyyən tarifə əsəsən istifadəçilərini stimullaşdırmaq üçün, pul qazanmaq imkanı verir. Bunlardan biri də bütün yaş qruplarından insanların istifadə etdiyi "TikTok" sosial media proqramıdır. “TikTok”dan pul qazanmaq tez-tez araşdırılan mövzular arasındadır.

 

Bəs "TikTok”da pulu necə qazanırlar? Pulun məbləği nəyə əsasən hesablanır? 

 

Mövzu ilə əlaqədar İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev "İnformator.az"a açıqlama verib.

 

Ekspert bildirib ki, "Tiktok"-dan müxtəlif üsularla pul qazanmaq imkanı əldə edənlər mövcuddur:

 

Video əsaslı sosial şəbəkə platforması olan "TikTok"u 2016-ci ildə Çinin “Byte Dance” şirkəti bazara çıxarıb. "Tiktok"-dan müxtəlif üsularla pul qazanmaq imkanı əldə edənlər mövcuddur:

“Infulencer” olaraq, pul qazanmaq yolunu seçənlər var. TikTok-da istehsal etdiyi məzmunla məhşurlaşanlar və müxtəlif markalarla sövdələşmə edənlər var. Müxtəlif brendlərin məhsullarını tanıtmaqla pul qazanmaq mümkündür.

Tiktok hesabını böyüdərək, hesabı satıb, pul qazanmaq istəyənlər mövcuddur.

“Tiktok Creator Marketplace” brendləri və məzmun istehsalçılarını bir araya gətirən platformadır. Məzmun istehsalçılarını sponsorlu məzmun yaratmaq və bunun görə, ödəniş almaq kimi, “Tiktok Creator Marketplace” vasitəsilə brendlərlə əməkdaşlıq mümkündür. 

TikTok məzmun istehsal edənləri dəstəkləmək üçün, fond açaraq, proqram təklif edir. Bu fond müəyyən sayda izləyicisi və keyfiyyətli məzmunları olan istifadəçilərə ödəniş etməklə gəlir əldə etmək imkanı təqdim edir. Bu fond Amerika, Fransa, İngiltərə, Almaniya, İtaliya və İspaniyada yaşayan məzmun istehsalçılarının müraciət edə biləcəyi proqramdır. Ödənilən pul baxış sayı və təqibçi sayı əsasında hesablanır. Bu proqrama qoşulub, pul qazanmaq üçün, aşağıdakı tələblərə cavab vermək lazımdır:

18 yaşdan böyük olmaq.

10.000 təqibçisi olmaq.

Son 30 gündə videolara 100.000 baxışı olması.

ABŞ, İngiltərə, Fransa, İspaniya, vəya İtaliyada yaşadığınız halda.

TikTok icma qaydalarına və şərtlərinə əməl edildiyi halda.

Bu şərtlətə cavab verənlər fonda müraciət edə bilər. 

Əsas pul qazanma mənbəsi isə, birbaşa TikTok ilə, ortaq formada pul qazanmaq imkanıdır. TikTok isə bu məsələyə bir qədər fərqli yanaşaraq, pul qazanmaq imkanını canlı yayında mümkün edir. Belə vəziyyətdə istifadəçilər daha çox canlı yayın açaraq, pul qazanmağa çalışırlar. İzləyicilər canlı yayın açanlara müxtəlif virtual hədiyyələr verə bilirlər. Canlı yayını açan şəxs isə, bu hədiyyələri sonradan real pula çevirə bilir. Verilən hədiyyələrin təxmini olaraq, 50%-i Tiktok-a, qalanı isə hədiyyələri qəbul edən şəxsə qalır. Canlı yayından pul qazanmaq üçün, əsas olaraq, 18 yaş və 1000 nəfər təqibçi tələb olunur. 

Tiktokda məzmun istehsal edənlərə bəxşislər vermək mümkündür. 

İstifadəçilər məzmun istehsalçısına video hədiyyələri də göndərə bilər. Bu video istehsalçılarını dəstəkləmək istəyənlər üçün, yaradılmış üsuldur. Təbii ki bunun üçün video istehsalçıları, 18 yaşdan böyük, 10000 təqibçi və ayda 1 dəfə video yükləmiş olmalıdır. 

Tiktok üzərindən elekton ticarət etmə imkanı da mövcuddur".

 

Bəhruz Əliyev son olaraq istifadəçilərə tövsiyyədə edib ki, əldə olan imkanları sadəcə xoş niyyətlə istifadə etsinlər. Mənfi və dezinformasiya məqsədli məzmunlardan kənarda qalıb, onları platformadan şikayət edərək, bloklasınlar. 

 

 

Aydan İsayeva