Galaxy öz smartfonlar sırasına peyk rabitəsi əlavə edəcək

Bölmə: Maraqlı › ,
Tarix: 17:41 26.07.2024

Android Authority mobil proqramlarda bunun üçün kod sətirlərini aşkar etdi ki, bu da Samsung Galaxy telefonlarının tezliklə bu funksiyanı əldə edə biləcəyini göstərir.

 

Daha dəqiq desək, “peyk rejimi” və “peyk vasitəsilə təcili mesajlar”a istinadlar müvafiq olaraq Samsung-un Emergency SOS, Mesajlar və Telefon proqramlarında tapılıb. Bu o deməkdir ki, texnologiya nəhəngi Apple-ın başlatdığı peyk bağlantısı yarışına girməyə hazırlaşır. Bununla belə, funksiyanın nə vaxt təqdim ediləcəyi və ya hansı telefon modellərinə uyğun olacağı hələlik bəlli deyil. Android Authority-ə görə, bu xüsusiyyət Android 15 əməliyyat sistemi ilə gələ bilər, lakin şirkətin One UI 7 interfeysinə inteqrasiya etmək daha uzun çəkə bilər.

 

Şirkət öz telefonlarında peyk rabitəsini tətbiq etsəydi, təəccüblü olmazdı. Bu xüsusiyyət Apple iPhone 14 ilə peyk bağlantısı təqdim etdikdən sonra şayiələr yayılıb. Samsung-un icraçı direktoru Park Yonq-in hətta 2024-cü ildə Galaxy telefonları üçün ikitərəfli peyk bağlantısı vəd etdi, lakin bu xüsusiyyət hələ də ən son Galaxy Z Fold 6 və Flip 6-da mövcud deyil. Bu cihazlarda peyk bağlantısını aktivləşdirmək üçün proqram yeniləməsi mümkün ola bilər.

 

Apple-ın məhdud fövqəladə mesajlaşma fokusundan fərqli olaraq, Samsung-un peyk bağlantısının fövqəladə hallardan kənara çıxdığı və istifadəçilərə istənilən proqram vasitəsilə mesaj göndərməyə imkan verdiyi deyilir. Maraqlıdır ki, Google Pixel telefonlarında da peyk əlaqəsi əlamətləri var idi, lakin bu funksiya Pixel telefonları üçün də aktiv deyil. Bu kollektiv sübut göstərir ki, Android telefonları, o cümlədən Galaxy modelləri üçün peyk mesajlaşması yaxın aylarda mövcud ola bilər.

 

Mənbə: CNN Türk

Tərcümə etdi: Aysel Ağakərimova