Lazer epilyasiyasının hansı zərərləri var?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 11:05 30.08.2024

Dövrümüzdə əksər insanlar lazer epilyasiyasından geniş şəkildə istifadə edir. Lazer epilyasiyası istər kiṣilər istər qadınlar üçün tüklərin yandırılmasını yönlənmiş bir üsüldur. Bunun kişilər və qadınlar üçün hansı təsirləri var?

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında dermatoloq Ramil Qocayev lazer epilyasiyasının müsbət və mənfi cəhətlərindən bəhs edib:

"Lazer epilyasiyası tükün falekulunu yandırır və nəticədə növbəti dəfə  tüklərin çıxması çətinləṣir, nazikləşir və yaxud heç olmur. Müsbət cəhəti estetik baxımdan tüklərin arzuolunmaz ləgv olunmasına köməyi var. Lazer epilyasiyasında əmələ gələn tük qatları bəzən tükün dəriyə girməsi ilə olduğu üçün tük qatlanması xəstəliyinin qarşısını alır. Mənfi cəhəti isə bəzən düzgün olunmadıqda yanıqların yaranması, arzuolunmaz yerlərdə uzunmüddətli ağ və qara ləkələrin yaranması eyni zaman da müəyyən bir halların kütləvi olaraq provakasiya edilməsi, melanoma kimi xəstəliklərin provakasiya edilməsinində müəyyən araşdırmaları var. Epilyasiyadan sonra düzgün qulluq edilmədikdə xırda sızanaqların yaranmasına səbəb olur. Normal istifadə olunmadıqda gözün funksiyasına zərərləri araşdırılıb".

Nərgiz Orucova