Kəlbəcərdə hərbçimiz minaya düşüb

Bölmə: Dünya › ,
Tarix: 22:58 05.08.2025

Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb.

 

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.


Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir.

 

E.Tanrıverdiyev Goranboy rayon sakinidir.