Himalay dağlarında əksəriyyəti əvvəllər məlum olmayan 1700-dən çox virus növü aşkar edilib
Bölmə: Maraqlı › ,Tarix: 22:18 10.09.2024
Bu virusların təxminən 41 min ildir donmuş torpaqda gizləndiyi müəyyən edilmişdir. Qlobal istiləşmə nəticəsində bu virusların əriyib insanlar üçün təhlükə yarada biləcəyi narahatlığı elm aləmində müzakirə olunmağa başlayıb.
Tədqiqatçılar bildirirlər ki, bu virusların böyük əksəriyyəti insanlara deyil, bakteriyalara yoluxur. Tədqiqat zamanı virusların müxtəlif iqlim şəraitinə necə reaksiya verdiyi və onların zamanla dəyişməsi araşdırılıb. Bu araşdırma virusların keçmiş iqlim dəyişikliklərinə necə uyğunlaşdığına dair mühüm məlumatlar verir. Ohayo Dövlət Universitetindən tədqiqatın aparıcı müəllifi ZhiPing Zhong vurğuladı ki, bu tədqiqatlar davam edən qlobal iqlim dəyişikliyi kontekstində viral adaptasiya anlayışımızı yaxşılaşdıra bilər. Tədqiqat iqlim dəyişikliyi ilə virus inkişafı arasındakı əlaqəyə, xüsusən də Son Buz Dövrünün sona çatdığı 11.500 il əvvələ aid virus icmalarına diqqət çəkir. Mütəxəssislər donmuş torpaqda tapılan bu virusların pandemiyaya səbəb olma potensialının aşağı olduğunu bildirsələr də, köhnə virusların yenidən ortaya çıxmasından daha çox yeni virusların təkamülünün narahatlığa səbəb olduğunu bildirirlər.
Mənbə:TRT haber
Nərgiz Orucova