Azərbaycanda frilans işlərə tələbat necədir?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:21 03.10.2024

Hər hansı şirkətin əməkdaşı, həmçinin konkret iş saatı olmadan, işləyərək pul qazanmaq mümkündür. Söhbət frilans işdən gedir.

Bəs Azərbaycanda frilans işlərə tələbat necədir?

Mövzu ilə bağlı İqtisadçı Natiq Cəfərli "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda frilans işlər o qədər geniş yayılmayıb:

"Əvvələr daha çox idi. Lakin vergi qanunvericiliyində deyişikliklərdən sonra bu göstərici aşağı düşdü. Əvvəl  frilans şəkildə fəaliyyət göstərənlər 5% vergi verirdilər, indi müxtəlif xidmət müqavilələrinə görə, 20% vergi verirlər. Bu səbəbdən də frilans işlərə təlabat azaldı.  Həmçinin frilans çalışanların bir çoxu ştatlı işçiyə çevrilərək, əmək müqavilələri bağlamağa məcbur oldular. İstər-istəməz bu sahə dünyada ən geniş yayılmış iş növlərindən biridir. Getdikcə təlabat artır. Ona görə də gömrük qanunvericiliyində bununla bağlı daha yumuşaq qaydaların olmasına ehtiyac var ki, vətəndaşlar bir necə işdə frilans kimi çalışa bilsinlər. Bu, mühasiblərə, hüquqşünaslara, iqtisadçı analitiklərə, vəkillərə aiddir. Elə sahələr var ki, orda şəxs bir necə fəaliyyət istiqaməti ilə məşğul olub pul qazanma imkanları var.
Sadəcə bizdə vergi yüksəkdir. O vergi dərəcələrinin aşağı salınması haqqında düşünməyə dəyər".

Elnurə Kərimova