Trampdan AB-yə məktub-Gələn ayın 1-dən etibarən..

Tarix: 18:32 12.07.2025
ABŞ AB və Meksika mallarına 30% gömrük rüsumu tətbiq edəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"2025-ci il avqustun 1-dən etibarən Avropa Birliyindən ABŞ-a idxal olunan mallara, sektorlar üzrə ayrıca tətbiq edilən rüsumlardan əlavə olaraq, 30 faiz gömrük rüsumu tətbiq edirik", – deyə Ağ Evin rəhbəri Ursula fon der Leyene ünvanladığı məktubda bildirib.
Tramp həmin məktubu sosial şəbəkə platformasında paylaşıb.
O, həmçinin, Meksika Prezidenti Klaudia Şeinbauma ünvanladığı oxşar məzmunlu məktubu da yayıb.