Moskva "alışıb yanır"-122 ilin rekordu qeydə alınıb

Tarix: 19:03 12.07.2025
Bu gün Moskvanın mərkəzində 36,1 dərəcə isti qeydə alınıb ki, bu da 1903-cü ilin rekordunu qırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets “RİA Novosti”yə deyib.
“Moskvada 122 illik rekord qırılıb. Əvvəlki, 1903-cü ildəki rekord 34,5 dərəcə olub”, - Tişkovets bildirib.