Yağ balansını pozan qidalardan uzaq durun! Sinir sistemini stimullaşdırır, sızanaqları həyəcanlandırır
Bölmə: Maraqlı › ,Tarix: 17:04 12.11.2024
Ağ çörək, makaron, desertlər və şəkərli içkilər kimi təmizlənmiş karbohidratlar qan şəkərinin səviyyəsini sürətlə artırır.
Bu vəziyyət insulin səviyyəsini artırır, dəridə yağ istehsalını stimullaşdırır və sızanaq əmələ gəlməsinə səbəb ola bilər. Sızanaq problemi olanların tərkibində şəkər və təmizlənmiş karbohidratlar olan qidalardan uzaq durmaları tövsiyə olunur.
Bəzi tədqiqatlar göstərir ki, süd məhsulları istehlakı sızanaqlara meylli şəxslərdə sızanaq əmələ gəlməsini artıra bilər. Südün tərkibindəki təbii hormonlar və böyümə faktorları, bədənin hormon balansına təsir edərək, yağ bezlərini stimullaşdıra bilər.
Xüsusilə yeniyetməlik dövründə süd istehlakını azaltmaq dəri sağlamlığı üçün faydalı ola bilər.
Fast food və qızardılmış yeməklər yüksək miqdarda yağ ehtiva etdiyi üçün dərinin yağ balansını pozur və sızanaqların əmələ gəlməsinə səbəb ola bilər.
Yağlı qidaların, xüsusilə cips, kartof qızartması və hamburgerlərin həddindən artıq istehlakı sızanaqlara qarşı həssaslığı artırır. Dərinin sağlamlığı üçün belə qidalardan uzaq durmaq vacibdir.
Şokolad, xüsusilə südlü şokolad dəridə sızanaqların əmələ gəlməsinə səbəb ola bilər. Şokoladın tərkibindəki şəkər və süd komponentləri dərinin yağ istehsalını artıra bilər ki, bu da sızanaqların əmələ gəlməsinə yol aça bilər.
Tünd şokoladın daha az təsirli olduğu düşünülsə də, həddindən artıq istehlakdan qaçınmaq sızanaqlara qarşı faydalı ola bilər.
Acılı qidalar dəridə qan dövranını artıra və bəzi insanlarda qızartı və sızanaq əmələ gəlməsinə səbəb ola bilər. Acılı qidaların, xüsusilə acı bibərin həddindən artıq istehlakı dəri həssaslığını artıra bilər. Dəri problemi olanların ədviyyatlı qidalardan uzaq durması tövsiyə olunur.
Kofein sinir sistemini stimullaşdırmaqla stress hormonlarını artıra bilər ki, bu da dəri sağlamlığına mənfi təsir göstərə bilər.
Mənbə: Pembenar
Kəmalə Vəliyeva