Əyilmə, ağırlıq qaldırma, uzun müddət ayaq üstə durma!
Bölmə: Maraqlı › ,Tarix: 17:14 12.11.2024
Beyin, Sinir və Onurğa Beyin Cərrahiyyəsi Mütəxəssisi Op. Dr. Kamal Paksoy onurğa sağlamlığına zərər verən davranışlardan və ev təmizliyi zamanı edilən səhvlərdən danışıb.
Beyin, Sinir və Onurğa Beyin Cərrahiyyəsi Mütəxəssisi Op. Dr. Kamal Paksoy, "Ev işləri gündəlik həyatımızın bir parçası olsa da və çox vaxt fiziki fəaliyyət olaraq görülsə də, səhv edildiyi təqdirdə bədənə zərər verə biləcək bəzi risklər daşıyır",- dedi.
Bu risklərin ümumiyyətlə pis duruş, təkrarlanan hərəkətlər və səhv texnika ilə edilən iş nəticəsində ortaya çıxdığını ifadə edən Op. Dr. Kamal Paksoy, “Əyilmə, ağır əşyaların qaldırılması, uzun müddət ayaq üstə durmaq kimi işlər zamanı bel, boyun və çiyin nahiyəsi gərginləşə bilər. Nəticədə ağrı və yaralanmalar baş verə bilər. Davamlı təkrarlanan hərəkətlər, xüsusilə də yemək hazırlayarkən təmizləyici parça sıxmaq, fırçalamaq və ya doğramaq kimi işlər bilək və əl əzələlərini gərginləşdirə bilər.
"Bu vəziyyət tendinit və ya sinir tıkanıklığı kimi pozğunluqlara səbəb ola bilər",- dedi.
Evdə ən çox görülən yaralanmalara toxunan Op. Dr. Kamal Paksoy, “Evdəki xəsarətlər adətən diqqətsizlik, yanlış duruş və ya uyğun olmayan avadanlıqdan istifadə kimi səbəblərdən baş verir. Qarşılaşdığınız ən çox qapalı yaralanmalar, yıxılma, kəsiklər, xəsarətlər, yanıqlar, burulmalar və əzələlərin dartılması şəklində müşahidə olunur".
Ev işləri zamanı yaralanmaların qarşısını almaq üçün alınacaq tədbirlərdən danışan Op. Dr. Kamal Paksoy sözlərini belə yekunlaşdırıb: “Diqqətli olmaq, düzgün texnikadan istifadə etmək və müntəzəm fasilələr vermək vacibdir. Bundan əlavə, ev mühitini təhlükəsiz etməklə mümkün təhlükələri minimuma endirmək xəsarətlərin qarşısını almağa kömək edə bilər".
Mənbə: Pembe Nar
Nigar Səmədli