Ayaqda işləmək ürək xəstəliyi riskini azaltmaz!
Bölmə: Maraqlı › ,Tarix: 19:30 15.11.2024
Ayaqda işləməyin oturaq həyat tərzinin mənfi təsirlərini azaldacağı və ürək xəstəlikləri kimi sağlamlıq problemlərinin qarşısını alacağı iddia edildi. Ancaq yeni bir araşdırma, ayaqda durmağın oturmaqdan heç də daha yaxşı olmadığını və əslində bəzi sağlamlıq riskləri yarada biləcəyini tapdı.
2 saatdan çox ayaqda durmaq ayaqlarda varikoz damarlarına və ya qan laxtalarının yığılmasına aid olan dərin damar trombozu riskini artıra bilər. Ayaqda işləməyin ürək sağlamlığına fayda vermədiyi də müşahidə edilmişdir.
Sidney Universitetinin akademiki Metyu Əhmədi deyib ki, oturaraq daha çox vaxt keçirmək insanın ürək-damar xəstəliyi riskini nə azaldır, nə də riski artırır.
Ayaqda işləməyin ürək sağlamlığına fayda vermədiyi də müşahidə edilmişdir.
Əhmədi həmçinin qeyd edib ki, dayanmaq oturaq həyat tərzinin və kresloya bağlı həyat tərzinin səbəb olduğu xəstəliklər üçün dərman kimi qəbul edilməməlidir.
Mənbə: Ahaber
Mehriban Nəsibova