Sağlam yaşlanma üçün ən az 7 saat yatmalısınız
Bölmə: Maraqlı › ,Tarix: 21:57 16.11.2024
Yeni bir araşdırma, sağlam yaşlanma və ümumi sağlamlıq üçün gündə ən az 7 saat yatmağın lazım olduğunu ortaya qoydu.
Çinin Wenzhou Tibb Universitetində aparılan bir araşdırma, sağlam yaşlanma üçün lazım olan gündəlik yuxunun miqdarını müəyyən edib. 2011, 2013 və 2015-ci illərdə qeydə alınan 45 və daha yuxarı yaşda olan təxminən 3500 nəfərin yuxu vərdişləri araşdırılıb.Tədqiqat göstərib ki, gecə ən az yeddi saat yatan insanlar sonrakı həyatlarında daha sağlam olurlar.
İştirakçılar dörd il ərzində yuxu vərdişlərinə görə qiymətləndirilib: uzun (8-9 saat nizamlı yuxu), normal (7-8 saat müntəzəm yuxu), az (orta hesabla 8, 8-dən aşağı), az (orta hesabla 6).
ƏN AZ 7 SAAT YUXU LAZIMDIR
Nəticələr araşdırıldıqda gündə ən az 7 saat yatanların daha sağlam olduğu müəyyən edilib.
Tədqiqatçıların məqalələrində sağlam yaşlanma, xroniki xəstəliklərdən azad olmaq, heç bir fiziki qüsuru olmayan, yaxşı psixi sağlamlıq və həyatda fəal iştirak kimi müsbət dəyişikliklər müəyyən edilmişdir.
Mənbə: Ahaber
Mehriban Nəsibova