Fosil 70 milyon illik boşluğu anlamağa kömək edir
Bölmə: Maraqlı › ,Tarix: 13:00 18.11.2024
Bir fosilin kəşfi müasir quşların beyinlərinin və intellektlərinin necə təkamül etdiyinə dair anlayışları dəyişə bilər.
Kembric Universiteti və Los-Anceles Təbiət Tarixi Muzeyində aparılan tədqiqatlar, dinozavrlar dövrü olan Mezozoy Erasından qalma, ulduzquşu ölçüsündə bir fosil quşu müəyyən ediblər.
Araşdırmaçılar , müasir quş beyinlərinin təkamül mənşəyini müəyyən etmək üçün Navaornis hestiae adlandırılan bu quşun beynini rəqəmsal olaraq yenidən qurmağı hədəfləyib.
Tədqiqatın həmmüəllifi Dr. Guillermo Navalón, "bu nadir fosilin anatomiyasını tam dəyərləndirməyə imkan verdiyinə görə heyran qaldığını" bildirib.
Mənbə: BBC News
Nuray Qurbanlı