Quru dərilər üçün ən yaxşı məhlul
Bölmə: Maraqlı › ,Tarix: 15:05 18.11.2024
Dəriyə qulluq dedikdə adətən ilk ağla bahalı kremlər, serumlar və müxtəlif üsullar gəlir. Ancaq bir addımlıqda həm dəri sağlamlığı, həm də ümumi bədən sağlamlığı baxımından bizə müxtəlif möcüzələr təqdim etməyə hazır olan təbiət var.
Ərik toxumu təbiətin bizə təqdim etdiyi, lakin çoxlarının bilmədiyi təsirli məhsuldur. Həm ümumi bədən sağlamlığına, həm də görünüş baxımına qatqı təmin edən bu qida sızanaqların müalicəsində də mühüm rol oynayır.
Bəs, ərik toxumu tam olaraq nə edir və necə istifadə olunur ?
Ərik toxumları E vitamini ilə çox zəngin olduğu üçün dəri sağlamlığı üçün unikal mənbədir. Ərik toxumları təbii olaraq dərini nəmləndirir və müntəzəm istifadə ilə qocalma əlamətlərini gecikdirir. O, həmçinin göz ətrafındakı incə xəttlər və qırışlar üçün effektiv həll yolu təqdim edir.
Ərik çəyirdəyi yağı sızanaqları qurutmaq və sızanaq əmələ gəlməsinin qarşısını almaq baxımından təsirli bir məhsuldur.
Müntəzəm olaraq istifadə edildikdə dəridəki artıq yağları balanslaşdırır və məsamələrin tıxanmasının qarşısını alır. Beləliklə, dəridə daha hamar və sağlam görünüş təmin edir. Duş qəbul etdikdən və ya üzünüzü yaxşıca təmizlədikdən sonra ərik çəyirdəyi yağından istifadə etmək məsləhətdir.
Bahalı nəmləndirici kremlər yerinə ərik çəyirdəyi yağı ilə dərinizi qidalandıra bilərsiniz.
Dərinin alt qatlarına nüfuz etdiyi, dərinin quruluğunu aradan qaldırdığı və dərinin elastikliyini artırdığı bilinir. Xüsusilə qış aylarında dərinin nəm balansını saxlamağa kömək edə bilər. Baş ağrısı və ya mədə krampları kimi ağrılı vəziyyətlər üçün təbii ağrıkəsici axtarırsınızsa, ərik ləpəsi yağı sizin üçündür. Tərkibindəki təbii maddələr sayəsində ağrıları kəsir.
Mənbə: Pembe Nar
Nigar Səmədli