Gecələr daha dolaşıq saç olmayacaq!

Bölmə: Maraqlı › ,
Tarix: 19:19 18.11.2024

Yuxudan oyananda saç ustasından təzə çıxmış kimi hiss edəcəksiniz, sirri isə ananasdır.

Xüsusilə incə, buruq saçlarınız varsa, yatarkən saçınızı qorumaq çətindir. Xoşbəxtlikdən bir həll var, saçlarınızın gecə boyu qorunduğunu bilərək daha dinc yatmağınıza kömək edə bilərik. Peşəkar saç stilistləri yuxu zamanı saçları qorumaq üçün bəzi məsləhətlər verdilər.

 

İncə və ya kövrək teksturalı saç tipləri, xüsusilə yuxu zamanı saç tökülməsinə həssas ola bilər.

Yaş saçla yatmaq da yuxu ilə bağlı zərər verə bilər. Yaş saçların duşdan sonra qırılma ehtimalı daha çox olduğu kimi, yaş saçla yatmağa da eyni şey aiddir. Saçlarınız tamamilə quruyanda yatmaq həmişə yaxşıdır. 

 

Saçlarınızı hörün

Əgər saç tipiniz nazik və kövrəkdirsə və ya buruq quruluşa çox meyilli bir quruluşa malikdirsə, gecə yatmazdan əvvəl saçınızı bir az nəmlə hörməyə çalışın və səhər bu hörüklərin saçlarınızı necə qoruduğunu özünüz görün.

 

Baş bandı və ya şərfdən istifadə edin

Yatmadan əvvəl saçınızı bağlamaq üçün ipək və ya atlaz eşarpdan istifadə etməyə çalışın. Bu, saçlarınızı səliqəli saxlayır və sürtünməsinin qarşısını alır.

 

Aşağı topuz və ya at quyruğu düzəldin

Saçınızın gecə boyu zədələnməsini istəmirsinizsə, saçınızı bir az nəmləndirərək və ya saça qulluq yağı çəkərək sadə və çox dar olmayan topuz və ya çox dar olmayan at quyruğu edə bilərsiniz.

 

Ananas üsulunu sınayın

Ananas üsulu son vaxtlar məşhurlaşan bir üsuldur. Etməli olduğunuz şey, yatmazdan əvvəl bütün saçlarınızı başınızın üstünə toplamaq və boş bir topuz halına gətirməkdir. Bu, xüsusilə uzun, qalın, buruq saçlarınız varsa, buruqlarınızın düzləşməsinin qarşısını alacaq və dolaşıqlığı azaldacaq.

 

 İpək yastıq örtüklərindən istifadə edin

İncə saçlarınız varsa, adi yastıq örtüyü əvəzinə ipək yastıq qabığından istifadə etmək onun yağlanmasının qarşısını alacaq. Parçanın sürüşkən quruluşu saçınızı sürtünmə nəticəsində yaranan aşınmadan qoruya bilər.

 

Mənbə: Pembe Nar 

Kəmalə Vəliyeva