Bu simptomlara diqqət yetirin! Korluğa səbəb olur...
Bölmə: Maraqlı › ,Tarix: 22:41 18.11.2024
Diabet bütün dünyada sürətlə artan və ciddi sağlamlıq problemləri yarada bilən bir xəstəlikdir. Diabetin bədənə təsiri təkcə qan şəkərinin artması ilə məhdudlaşmır, ürək, böyrəklər, sinirlər və gözlər kimi vacib orqanlara da təsir edə bilər. Diabetin ciddi nəticələri ola bilər, xüsusən də görmə itkisi və korluq kimi. Oftalmoloq Op. Dr. Fatih Kenar, xüsusilə 50 yaş və üstü fərdlərdə korluğa səbəb ola biləcəyini ifadə edərək mühüm xəbərdarlıqlar etdi.
Kenar, "Şəkərli diabet kiçik damarları təsir edən, ömür boyu davam edən bir xəstəlikdir. Xüsusilə 40 yaşdan yuxarı insanlarda diabet görmə aydınlığına təsir edə bilər və eynək təyinində tez-tez dəyişikliklərə səbəb ola bilər. Şəkər xəstəliyinin yaratdığı əsas göz xəstəlikləri arasında katarakt da var və qlaukoma torlu qişanın damarlarının zədələnməsi nəticəsində yaranır",- deyə o fikirlərini bitirib.
Mənbə: Ahaber
Mehriban Nəsibova