Kağız maskaları həqiqətən işə yarayırmı?

Bölmə: Maraqlı › ,
Tarix: 15:48 19.11.2024

Kağız maskaları dəriyə qulluğun əvəzsiz hissəsinə çevrilib. Son zamanlar müxtəlif çeşidlərdə istehsal olunan və dəridə fərqli təsirlər yaratmağı vəd edən bu təbəqə maskaları həqiqətən işləyir, yoxsa saxtadır? 

 

Kağız maskaları serumda isladılmış nazik, parça kimi üz müalicələridir. Onlar adətən nazik pambıq və ya kağız materialdan hazırlanır. Bu maskaları bioselüloz, hidrogel və kollagen növlərini tapa bilərsiniz.

 

Dermatoloq Dr. "Çox vaxt təbəqə maskaları nəmləndirici və qidalandırıcı maddələrlə hazırlanır, lakin bəzilərinə dərini ağartmaq üçün niasinamid, təmizləmək üçün aktivləşdirilmiş kömür və s. kimi maddələr daxildir" deyə Blair Murphy Rose izah edir.

 

Bəzi insanlar təcrübəni artırmaq üçün üz rulonu, gua sha aləti və ya soyuducu buz kürələri kimi digər müalicə üsullarını əlavə etməyi xoşlayır.

 

Daha sonra onları çıxarıb dəriyə qulluq rutininizin qalan hissəsini tamamlayırsınız. Mütəxəssislərin fikrincə, təbəqə maskaları təsirli olur, ancaq məhsul yüksək keyfiyyətli və təyinatı üzrə istifadə olunmalıdır. Bu məhsulları apteklərdən və ya dəriyə qulluq klinikalarından almaq faydalıdır. Bundan əlavə, hər maska dəri tipinizə uyğun olmaya bilər.

 

Mənbə: Pembe Nar 

Mehriban Nəsibova