Skandinaviya qadınlarının gözəllik sirri açıldı!
Bölmə: Maraqlı › ,Tarix: 21:38 20.11.2024
Son illərdə makiyaj dünyasında təbii və minimal görünüş yüksəlişdədir. Bu tendensiyanın ən parlaq nümunələrindən biri Skandinaviya makiyajıdır. İsveç, Norveç və Danimarka kimi Skandinaviya ölkələrindən ilhamlanan bu makiyaj tərzi təbiilik və sağlam dəri görünüşünə əsaslanır. Sadəlik və təravət vurğusu ilə seçilən Skandinaviya makiyajı, xüsusilə 'makiyajsızmış kimi' görünən zərif bir toxunuş istəyənlər üçün ideal seçim ola bilər.
Skandinaviya makiyajı dərini ağır məhsullarla örtməkdənsə, təbii gözəlliyi vurğulamağı hədəfləyir. Bu stil təmiz dəriyə qulluq rutini ilə başlayır və makiyajdan minimum istifadə ilə başa çatır. Parlaq dəri, yüngül vurğulanmış qaşlar və dodaqlarla tamamlanan bu makiyaj, mübaliğədən uzaq estetik yanaşmanı təcəssüm etdirir. Həm gündəlik həyatın təlaşında istifadə oluna biləcək qədər praktik, həm də hər yaşa xitab edən bir üsluba malikdir.
BİRİNCİ MƏRHƏLƏ: DƏRİNİN TƏMİZLƏNMƏSİ VƏ NƏMLƏNDİRİLMƏSİ
Skandinaviya makiyajında sağlam dəri görünüşü birinci yerdədir. Çünki təbii gözəlliyinizi vurğulayacaqsınız. Bu səbəbdən makiyaj etməzdən əvvəl dərinizi yaxşıca təmizləməli, daha sonra uyğun bir nəmləndirici ilə dərinizi nəmləndirməlisiniz. Nəmləndirmə dəriyə təbii parıltı qatmaqla yanaşı, makiyajın daha təbii görünməsini təmin edir. Skandinaviya qadınlarının dəri baxımına verdiyi əhəmiyyət bu makiyajın təməl daşıdır.
TƏBİİ GÖRKƏMLİ BB KREMİN İSTİFADƏSİ
Ağır və zərərli tonal kremlər əvəzinə açıq rəngli nəmləndirici və ya dəri tonunu bərabərləşdirən BB kremdən istifadə etməlisiniz. Dərinizin nəfəs almasını təmin etməklə yanaşı qüsurlarını örtən məhsullar seçməli, çox məhsul istifadə etməməyə diqqət etməlisiniz. Çünki əsas məqsəd təbii dəri teksturasının görünməsini qorumaqdır.
SİZ MAKİYAJDAN DÜZGÜN İSTİFADƏ ETMƏLİSİNİZ
Skandinaviya makiyajında parlaq və canlı dəri vacibdir. Yanaq sümüklərinə, burun körpüsünə və qaş altına yüngül işıqlandırıcı tətbiq etməklə təbii və təsir edici parıltı əldə edə bilərsiniz. Bununla belə, həddindən artıq parlaq və süni görünüşdən qaçmaq üçün vurğulayıcıdan balanslaşdırılmış şəkildə istifadə etmək vacibdir.
Mənbə: pembe nar
Kəmalə Vəliyeva