İsrailin baş naziri Netanyahu: Mən orduya gərgin müharibəyə hazırlaşmağı tapşırdım
Bölmə: Dünya › ,Tarix: 23:50 28.11.2024
İsrailin baş naziri Netanyahu, Livanla əldə edilən atəşkəsdən sonra verdiyi açıqlamada, "Razılaşmanın pozulacağı təqdirdə orduya gərgin müharibəyə hazırlaşmağı tapşırmışam",-dedi.
İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasından sonra hər iki ölkədən açıqlamalar gəlməyə davam edir. Atəşkəslə bağlı təəccüblü açıqlama, atəşkəsdən sonra Livanın cənubuna hücum edərək atəşkəsi pozan İsrailin baş naziri Benyamin Netanyahudan gəlib.
ONLARA GƏRGİN MÜHARİBƏYƏ HAZIRLAŞMALARINI TAPŞIRDIM
Dünən İsrail ilə Livan arasında əldə olunan atəşkəsdən sonra ilk müsahibəsini İsrail mətbuatına verən Netanyahu, Hizbullahın atəşkəsə əməl etməməsi halında "sıx müharibə" olacağını ifadə edərək, "Ciddi bir pozuntu olarsa razılaşmanın, indi etdiyimiz kimi təkcə nöqtə əməliyyatları aparmayacağıq. Hər dəfə güc tətbiq edəcəyik. Müqavilənin ciddi şəkildə pozulması halında orduya gərgin döyüşə hazırlaşmağı tapşırmışam",- dedi.
İsrailin Livanın cənubunda niyə bufer zona yaratmadığı sualını cavablandıran Netanyahu quru işğalı təhlükəsinin aradan qalxdığını bildirib. O bildirib ki, İsrail ordusu Livan sərhədində Hizbullahın yerüstü və yeraltı sığınacaqlarını və tunellərini məhv edib.
Netanyahu Hizbullahın atəşkəsi pozmasından danışarkən, İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında atəşkəsin ikinci günündə döyüş təyyarələrinin Livanın cənubuna hücum etdiyini açıqlayıb.
Mənbə: haber7
Aslanova Fatimə