Səhiyyə sistemində nöqsanlara necə nəzarət edilir?
Bölmə: Sosial › ,Tarix: 22:28 29.11.2024
Səhiyyə sistemi hər bir cəmiyyətin rifahını təmin edən əsas sahələrdən biridir, lakin bu sahədə mövcud problemlər insanların sağlamlıq xidmətlərindən daha effektiv istifadə etməsinə mane olur.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, dövlət və özəl müəssələrinin fəaliyyəti "Əhalinin sağlamlığının qorunması haqqında" və "Özəl Tibb fəaliyyeti haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir:
"Müvafiq lisenziya əsasında fəaliyyət göstərən özəl tibb müəssisələrinə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilkdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir".
Aydan Talıblı