Azərbayacanda da “Sosial Media haqqında qanun"qəbul edilməlidirmi ?-EKSPERT AÇIQLAYIR
Bölmə: MEDİA › ,Tarix: 21:23 02.12.2024
Müasir dövr dezinzorformasiya üçün kifayət qədər açıqdır. “Fake-news”media aləmində geniş vüsət alıb.
Azərbaycanda bu problemin qarşısını almaq üçün qardaş ölkənin təcrübəsindən yararlanmaq nə dərəcədə effektiv olar ?
Mövzu ilə bağlı professor, əməkdar jurnalist Qulu Məhərrəmli “İnformator.az”a açıqlamasında bildirib ki, müasir dövrdə dezinformasiyalar artır, sosial şəbəkələr, internetin sürətli inkişafı, müxtəlif texnologiyaların tətbiqi “fake xəbərlər”üçün geniş meydan açıb:
“Bunun qarşısının almağın ən təsirli yolu internetə daxil olarkən etika ilə bağlı öhdəliklərin götürülməsidir. Hazırda Türkiyədə reallıq bir başqadır, buna görə də bu cür qanun qəbul olunub. Lakin Azərbaycanda bunun necə olacağını demək çox çətindir, çünki hazırda bizdə media haqqında qanun qüvvədədir. Düzdür, onun praktik tətbiqi ilə müəyyən problemlər var, amma necə olacağını reallıq göstərəcək. Mən indiki halda belə bir qanunun qəbul olunmasına xüsusi ehtiyac görmürəm. İkinci səbəb əhali arasında media savadlılığının artırılmasıdır. İnformasiyanın yayılması, ona verilən tələblərin qorunması, ictimai davranışla bağlı mülahizələr - bunlar hamısı önəmli məsələlərdir. Buna görə də bunların bir çoxu qanunlarla deyil, etik kodekslər ilə tənzimlənməlidir”.
Vüqar Alışov