Şamaxıda ağır qəzada xəsarət alanların kimliyi məlum olub

Tarix: 23:57 13.08.2025
Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.
"İnformator.az" xəbər verir ki,"Oxu.Az"ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Dürdanə Nağıyeva, 1979-cu il təvəllüdlü Vüsalə İsmayılova və onların 3 azyaşlı övladları xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.Hadisə nəticəsində sürücü, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Əzimə Rzayeva isə yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.
Qeyd edək ki, qəza nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Leyla Qasımova isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.