Trampdan Putinə Alyaskada şok təklif

Bölmə: Siyasət › ,
Tarix: 23:28 13.08.2025

ABŞ Rusiyaya Alyaskada nadir torpaq minerallarının işlənməsini təklif etmək niyyətindədir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Deyli Teleqrаf” nəşri yazıb.

 

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp Alyaskada keçiriləcək sammit zamanı Rusiya Prezidenti Vladimir Putinə belə bir razılaşma təqdim etməyə hazırlaşır. Qəzetin mənbələrinə görə, Amerika liderinin digər təklifi Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. Belə bir sövdələşmə ABŞ-nin “Boinq” konserni üçün çox sərfəli ola bilər. Nəşr adı açıqlanmayan Böyük Britaniyanın hökumət rəsmisinə istinadən yazıb ki, bu cür təkliflər yəqin ki, Avropa üçün məqbul ola bilər.

 

Qeyd edək ki, iki lider arasında görüş avqustun 15-də Alyaskada keçiriləcək.