Restoranların ulduzla qiymətləndirilməsi nəyi dəyişəcək?
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:10 04.12.2024
Artıq Azərbaycanda da restoranlara ulduz verilmə sistemi tətbiq olunur. Bu yenilik həm müştərilərin seçimində, həm də restoranların keyfiyyətli xidmət göstərməsində mühüm rol oynayır.
Bəs ulduz sisteminin məqsədi nədir?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında turizim eksperti Ceyhun Aşurov bildirib ki, restoranlarda otellərdə olan ulduz sistemi kimi təsnifatlaşdırma məsələsi gündəmdədir:
"Əlbəttə, bu təsnifatlaşdırma restoranların işləmə imkanlarına, oradakı təamların çeşidinə və aşpazların keyfiyyətinə görə aparılacaqdır. Bu cür təsnifatlaşdırmanın nəticəsində, otellərdə olduğu kimi, artıq müştərilər daha düzgün seçim etmək və daha ədalətli rəqabət mühitinin yaranması üçün imkan əldə edəcəklər".
Ekspertin sözlərinə görə, Azərbaycanda həm turizmin inkişafı, həm də ümumi inkişafla bağlı ictimai iaşə obyektlərinin sayı artmaqdadır:
"Kifayət qədər restoranlar mövcuddur və bu say ildən-ilə artmaqdadır. Artıq keyfiyyət göstəricilərinə görə onların təsnifatlaşdırılması müştəri məmnuniyyətini də artıracaqdır".
Mehriban Nəsibova