Azərbaycanla BƏƏ arasında əməkdaşlıq

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:35 04.07.2025

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfər edib. Bu səfər iki ölkə arasında iqtisadi və texnoloji əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanla BƏƏ arasında bütün sahələrdə iqtdisadi əməkdaşlıq var. İstehsal sahəsində, sənaye və texnoloji sahələrdə əməkdaşlıqlar mövcuddur:

" 2025-ci ildə Azərbaycan BƏƏ-ilə ticarət dövriyyəsi təqribətən 2 dəfədən çox artıb.Azərbaycan Respublikasının BƏƏ-də siyasi nümayəndəlikləri var. Eyni zamanda, Azərbaycan Respublikasının ticarət nümayəndəlikləri BƏƏ ilə sıx iqtdisadi əməkdaşlıq həyata keçirir. 2025-ci ildə Azərbaycan təqribən 50 milyon dollar həcmində BƏƏ-yə ixracat edib. Təqribən 20 milyon həcmində də BƏƏ Azərbaycana idaxl edib. Bu da o deməkdir ki, ticarət dövriyyəmiz ötən ilki ilə müqayisədə cari ildə 2-2,2 dəfə artıb. Ümumi ticarət dövriyyəsində BƏƏ Azərbaycanın ticarət dövriyyəsinin təqribən 0,3-0,4 fazini təşkil edir. Daşınma, logistika problemlərini, coğrafi məsələləri nəzərə alsaq, bugünkü dövr üçün normal göstəricidir. Təbii ki, müxtəlif rütbəli məmurların Azərbaycandan BƏƏ-yə və ya BƏƏ-dən Azərbaycana səfərləri, bir çox sahələrdə əməkdaşlıqların həyata keçirilməsi ondan xəbər verir ki, gələcəkdə göstəricilər qat-qat daha yüksək olacaq".


Billurə Quliyeva