1 fincan içməklə xoşbəxtlik yaradır

Bölmə: Maraqlı › ,
Tarix: 21:13 05.12.2024

Bir çoxumuz stres altında və ya kədərli anlarda özümüzü rahatlaşdırmaq üçün zərərli yeməklər və fast food kimi zərərli qidalara müraciət edirik. İlk baxışda bu qidalar müvəqqəti rahatlıq hissi yarada bilər, lakin uzun müddətdə bu qida seçimləri stress səviyyələrini artırmaqla yanaşı, fiziki və ruhi sağlamlığımıza da ciddi zərər verə bilər. 

 

Mütəxəssislər bildirirlər ki, yalnız bir stəkan isti kakao (işlənməmiş kakao) stress səviyyəsini azaldır və tərkibindəki təbii maddələrlə orqanizmi rahatlamağa kömək edir. Üstəlik, sağlam antioksidanlar və minerallarla zəngin olan bu məhsul, pis qidalanma seçimlərinin zərərli təsirlərini tarazlamağa kömək edir.

 

Bədənimiz stress altında kortizol hormonu istehsal etməyə başlayır.

Bu hormon ümumiyyətlə bizi yüksək kalorili, şəkərli və yağlı zərərli qidalara yönləndirir. Lakin bu cür qidalar qısa müddət ərzində enerji səviyyəmizi artırdıqdan sonra qan şəkərini sürətlə aşağı salaraq daha çox yorğunluq, halsızlıq və stress yaradır. Faydalı, sağlam qidaların qəbulu stressin idarə olunmasında ən vacib addımlardan biridir.

 

Mənbə: Pembe nar 

Nigar Səmədli