"Debat otağı"nın dizaynında müasirlik və funksionallığa üstünlük verdik-interyer dizayner
Bölmə: MEDİA › ,Tarix: 11:49 06.12.2024
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycanda ictimai-siyasi qəzet olan "Xalq qəzeti"nin "Debat otağı"nın açılışı keçirilir.
Otağın layihə rəhbəri, eksteryer və interyer dizayner Zenfira Ağabəyova saytımıza açıqlama verdi.
Layihə rəhbəri "Xalq qəzeti"nin bu yeni mərhələsini qarşıladığı üçün şad olduğunu söylədi:
"Bu layihədə dizayn tərəfindən proyekt rəhbəri olaraq iştirak etmək mənim üçün böyük şərəfdir.
Dizayn prosesində diqqətimizi bu məkana müasirlik və funksionallıq qatmağa yönəltdik. İdeyadan reallığa keçid zamanı, hər bir detala xüsusi diqqət yetirdik ki, həm "Xalq qəzeti"nin zəngin tarixini əks etdirsin, həm də gələcəyə baxan bir imic yaratsın.
Burada gördüyünüz hər bir element-vizual kompozisiyalar və estetik həllər-Piramida Reklam Şirkətinin istehsalıdır. Bizim komandamız peşəkarlığı ilə tanınır və mən fəxr edirəm ki, belə bir kollektivin bir parçasıyam".
İnteryer dizayner sonda bu layihədə hər kəsin səyinin çox dəyərli olduğunu qeyd edərək "Xalq qəzeti"nin rəhbərliyinə, başda Əflatun Amaşov olmaqla, Namiq Əhmədov, Samir Xalidoğlu və bütün əməkdaşlarına bu fürsəti verdikləri üçün dərin minnətdarlığını bildirdi.
Banuçiçək Kalbalıyeva