Dünyanın ən üstün qidası: qaragilə

Bölmə: Maraqlı › ,
Tarix: 23:27 10.12.2024

Vitaminlər, minerallar və antioksidantlarla zəngin qaragilə "super qida" sayılır. Ürək və beyin sağlamlığını dəstəkləyir, həzmə kömək edir, iltihabı və qan təzyiqini azaldır.

 

Qaragilənin faydaları:

 

Ürək-damar sağlamlığı: Antosiyaninlər ürək xəstəlikləri riskini azaldır.

 

Beyin funksiyası: Yaddaşı və beyin fəaliyyətini yaxşılaşdırır.

 

Bağırsaq sağlamlığı: Liflə zəngin olub həzmi dəstəkləyir.

 

Stress: Oksidativ stresi azaldır.

 

Qaragilə toxumları isə lif mənbəyi olmaqla yanaşı, dəriyə qulluq məhsullarında da istifadə olunur. Bu kiçik, lakin güclü meyvəni rasionunuza əlavə etməklə sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.

 

Mənbə: NTV

Nərgiz Orucova