Hüceyrələri yay enerjisi ilə dolduran bir taktika
Bölmə: Maraqlı › ,Tarix: 22:59 11.12.2024
Qışda gün işığı azalır və havanın qaranlığına soyuq günlər də əlavə olunduqda bütün gün yataqda əylənmək bütün digər fəaliyyətlərdən daha cəlbedici olur. Ancaq bu əhval-ruhiyyəyə girdiyiniz zaman sizi burulğan kimi özünə çəkir və bildiyiniz növbəti şey sizin o enerjili vəziyyətinizdən əsər-əlamət qalmır. Mütəxəssislər xüsusilə qış mövsümündə necə enerjili və formada qalmağınız barədə məsləhətlər verir.
Mütəxəssislər, zülalla zəngin bir yeməklə güclü bir başlanğıcın əzələlərinizə enerji verə biləcəyini vurğuladılar. Bu səbəbdən gündəlik qida rasionunuzda zülal qəbuluna diqqət yetirmək çox vacibdir.
Mütəxəssislər qışda yuxu rejiminin digər fəsillərə nisbətən fərqli olduğunu, buna görə də axşamlar kifayət qədər yatmağın enerjili olmağa kömək etdiyini bildirirlər.
Xüsusilə quraq qış aylarında yorğunluğun qarşısını almaq üçün gündə 8-10 stəkan su içməyə çalışın.
Nigar Səmədli