Qış mövsümü orta qulaq infeksiyası üçün mühit təmin edir!

Bölmə: Maraqlı › ,
Tarix: 23:19 11.12.2024

Orta qulaq infeksiyaları çox vaxt birdən baş verir və bu vəziyyətdən sonra orta qulaqda maye əmələ gələ bilər. Adətən uşaq yaş qrupunda müşahidə olunur.

 

 

Orta qulaqdan hava, maye və mikrob mübadiləsi burun keçidlərinə açılan östaki borusu vasitəsilə baş verir. Bu orqan uşaqlarda böyüklərə nisbətən daha üfüqi yerləşdiyi üçün mikrobların orta qulağa keçməsi daha asan, əks istiqamətə keçməsi isə çətinləşir. Bundan əlavə, yuxarı tənəffüs yollarının infeksiyaları və allergik reaksiyalar uşaqlarda böyüklərə nisbətən daha çox müşahidə olunur.

 

 

Yenə də adenoid böyüməsi uşaqlara xas bir vəziyyətdir. Bütün bu səbəblərə görə orta qulaq infeksiyaları uşaqlarda daha çox olur.

 

Qəfil başlayan otit zamanı yüksək hərarət, şiddətli ağrılar, müvəqqəti eşitmə itkisi və ya qulaqda dolğunluq hissi, qulaq pərdəsində perforasiya varsa axıntı müşahidə edilə bilər.

 

Xroniki otitis media tez-tez ani başlayan otit mediasının bir komplikasiyası kimi baş verir. Ən çox görülən forma orta qulaqda maye əmələ gəlməsidir.

Bu şəkildə ağrı və qızdırma görünmür, ancaq eşitmə itkisi, dolğunluq hissi və qulaqda tıxanıqlıq inkişaf edir.

 

Mənbə: Pembe nar

Nərmin Həşimova