"Kriminal davranışların sosial səbəbləri"

Bölmə: Sosial › ,
Tarix: 19:03 12.12.2024

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı "informator.az"a açıqlamasında bildirib ki, bütün cinayətlər ehtiyacdan doğur və Azərbaycanda son illərdə getdikcə kriminal hadisələrin, cinayətlərin sayı artır və bunların 99%-inin səbəbi sosial problemlərdir:

 

“Digər 1% isə maddi ehtiyac səbəbindən ola bilər. Burda işsizlik, evsizlik, yoxsulluq, ehtiyacları ödəyə bilməmək kimi şərtlər bu məsələni kəskinləşdirir. Hazırda dünya ölkələrinin təcrübəsinə baxsaq, harda ki insanların sosial vəziyyətləri üstündür orda cinayətlər olmur, harda sosial bərabərlik, ədalət varsa orda kriminal hadisələr baş vermir. Məsələn Norveç, İsveç, Finlandiya kimi ölkələrdə cinayətlər baş vermir, çünki bütün əhali normal sosial müdafiə ilə təmin olunub, yaşayış, iş şərtləri, gəlirləri normaldır, heç bir problemləri yoxdur. Sosioloq bu kimi ölkələrdə həmçinin ədalətli sistem qurulub, yüksək səviyyədə insan hüquqları, sosial bərabərlik, ədalətin olduğunu bildirdi. Nadir hallarda baş verən cinayətlər isə hər hansısa bir psixi problemlər, təsadüfi hadisələr olur”.

 

Elçin bəy bu problemlərin qarşısının alınmasının yeganə yolunun əhalinin sosial rifahı, normal şəraitlərdə yaşaması və təhlükəsizliyi üçün imkanlara sahib olmasını fikrini vurğulayıb:

“Belə məsələlərin həll olunması üçün dövlətin xüsusi proqramı olmalıdır. İlk olaraq ölkə sosial dövlət prinsiplərinə daha çox üstünlük verməlidir, sosial bərabərlik, sosial ədalət təmin olunmalıdır. İkincisi isə insanların həyat şəraitləri, evlə təmin olunması, normal təhsil imkanları, tibbi xidmətlərin əl çatanlığı təmin olunmalıdır. Gənclərlə bağlı bir proqram olmalıdır ki, bütün gənclər xüsusi bir peşə məktəblərinə, idman kurslarına, yaradıcılıq cəmiyyətlərinə yönləndirilsin. Bunların hamısı bütövlükdə sağlam bir cəmiyyətin formalaşmasına gətirib çıxardır və belə bir halda kriminal hadisələrə, cinayətlərə meyil olmur”.


Aydan Quliyeva