Alimlərdən heyrətamiz kəşf!
Bölmə: Maraqlı › ,Tarix: 20:41 12.12.2024
ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları ürəyi yalnız beynin idarə etdiyi nəzəriyyəsini təkzib edən təəccüblü kəşf ediblər.
Ürəyin özünəməxsus sinir sistemi olduğunu ortaya qoyan tədqiqatçılar, "Mini beyin" adlanan müstəqil sinir sisteminin ürəyin ritmini tənzimlədiyi qənaətinə gəliblər.
Diqqət çəkən başqa bir detal isə araşdırma zamanı zebra balığından istifadə edilməsi olub.
SciTechDaily xəbər verir ki, ABŞ alimləri ürəyin ritmini idarə etmək üçün həyati əhəmiyyət kəsb edən unikal kompleks sinir sisteminə malik olduğunu aşkar ediblər.
İsveçdəki Karolinska İnstitutunun Neyrologiya kafedrasının baş müstəntiqi və müəllimi Konstantinos Ampatzis, "Bu "kiçik beyin" beynin hərəkət və nəfəs alma kimi ritmik funksiyaları necə tənzimlədiyi kimi, ürək döyüntüsünün saxlanmasında və idarə olunmasında mühüm rol oynayır",-dedi.
Mənbə: ahaber
Mehriban Nəsibova