Abortlara görə həbs olunmanı təklif edən aktivist administrasiyada yüksək vəzifəyə təyin edildi
Bölmə: Dünya › ,Tarix: 13:34 13.12.2024
Seçilmiş Prezident Donald Tramp, sərt mövqeli və sosial baxımdan konservativ aktivist və şərhçi Ed Martini İdarəetmə və Büdcə Ofisinin (OMB) yeni aparat rəhbəri olaraq təyin edib.
Martin ictimai şəkildə zorlamaya və ya yaxın qohumluq əlaqələrindən olan hallara istisna vermədən milli abort qadağasının tərəfdarı olduğunu bildirib və abortlara qarışan qadınlara və həkimlərə qarşı cinayət cəzalarının tətbiq edilməsini təklif edib.
Martin Missuri Respublikaçılar Partiyasının keçmiş sədri, keçmiş radio aparıcısı olub və Respublikaçıların 2024-cü il Milli Qurultayının platforma komitəsinin liderlərindən biri kimi partiyanın əsas məsələlərdə rəsmi mövqeyinin formalaşdırılmasına rəhbərlik edib.
O, hazırda sosial baxımdan konservativ olan Phyllis Schlafly Eagles qrupunun prezidentidir.
OMB prezidentin iqtisadi və qanunvericilik gündəmini formalaşdırmaqda, maliyyələşdirmə təkliflərini nəzərdən keçirməkdə və onların administrasiyanın siyasət prioritetlərinə uyğunluğunu təmin etməkdə əsas rol oynayır.
Mənbə: CNN
Nuray Qurbanlı