"Dünyanın nəbzi mediada döyünür" - 105 il
Bölmə: MEDİA › ,Tarix: 18:15 13.12.2024
Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunan Jurnalistika fakültəsinin "Dünyanın nəbzi mediada döyünür" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Açılış nitqi söyləmək üçün söz filologiya üzrə fəlsəfə doktoru, dosent
Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyevə verildi. O, Universitetin yaranma tarixindən danışaraq, onun bu illər ərzində keçdiyi yolu, bu günü haqqında bəhs etdi. Jurnalistika fakültəsinin elm və təhsil həyatında böyük rolunu qeyd edərək, yarandığı gündən bu günə qədər böyük bir məktəb yolu keçdiyini, Əli Sultanlı, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi görkəmli nümayəndələrin burada dərs keçdiyinii xatırlatdı. Tədbir zamanı Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş video-çarx təqdim olundu.
Ardınca, BDU-nun Milli Mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxış edərək, dünyanın nəbzinin həqiqətən də media ilə döyündüyünü, 44 günlük Vətən Müharibəsi zamanı Prezident İlham Əliyevin məhz bizim Jurnalistikamızın peşəkarlığını, gücünü nümayiş etdirməsindən danışdı. Davamında Real TV-nin baş direktoru, BDU-nun Jurnalistika fakültəsinin 1989 - cu il məzunu Mirşahin Ağayev çıxış etdi.
"Jurnalistika bir yoldur- müəyyən qanunlar var və bunlar sayılmazsa müxtəlif qəzalar ola bilər. Cəfər Cabbarlı deyirdi ki, "Teatr məbəddir", lakin mən istərdim ki, Azərbaycan Jurnalistikası məscid, teatrdan sonra bir məbəd olsun".
Tədbir zamanı "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov, Asan Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, BDU-nun Jurnalistika fakültəsinin 2006 cı il məzunu Elnur Niftəliyev, DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı, Jurnalistika fakültəsinin 2013-cü il məzunu Toğrul Nəsirli də çıxış edərək, fakültə və peşəkar jurnalistlər, müəllimlərlə bağlı xatirələrini bölüşdülər.
Sonda Jurnalistika tələbələrinin ifasında "Sözün fövqündə:Zamanın pərdəsi" adlı səhnəcik və sözügedən fakültənin 3-cü kurs tələbəsi Südabə Məmmədovanın ifasında "Misri" aşıq havası təqdim edildi.
Aytac Kərimova