"Bakının 2030-cu ilə kimi tamamilə elektrikli avtobuslara keçidi təqdirəlayiq addımdır"

Bölmə: Sosial › ,
Tarix: 19:41 13.12.2024

"Elektron avtobusların ölkəyə gətirilməsi, idxalı bu proseslər tədqirə layiqdir. Bir məsələ var ki, elektron avtobusların istifadəsi onların texniki parametrlərinin nə dərəcədə əlçatan olması, insanların onu necə qarşılanması, ümumi olaraq, nəqliyyat vasitəsi kimi istismarına bir təkamül ola bilər".

 

Bu sözləri nəqliyyat eksperti Aslan Əsədov "İnformator.az"a açıqlamasında bildirib.

 

O qeyd edib ki, ölkədə olan nəqliyyat vasitələrinin xüsusən, elektron avtobusların dünya praktikasında, başqa ölkələrin istismarında ümumi olaraq, hansı göstəricilərə malik olduğu bilinməlidir:

 

"Yəni, elektron avtobuslar nə kimi Azərbaycan nəqliyyatına fayda verə bilər deyəriksə, bu kimi amillər əsas suallardan biridir. Bu nəqliyyat vasitələrinin əlçatanlığı, müəyyən olunmalıdır".

 

Nəqliyyat ekspertinin sözlərinə görə, onların servislərinin daha rahat tapılması yolları da, müəyyənləşdirilməlidir: 

 

"Cəmiyyət, vətəndaş, dövlət olaraq bu kimi meyarlardan istifadə edə bilərik. Artıq, ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib".

 

Nigar Səmədli