"Rəngli qidalar sağlamlığımız üçün təhlükəlidir"

Bölmə: Sosial › ,
Tarix: 21:31 13.12.2024

"Bir çox qidalarda qidanın rəf ömrünün uzadılması üçün, daha cəlbedici görünməsi üçün, eyni zamanda dadlandırıcı üçün, fərqli məqsədlər üçün qida əlavələrindən istifadə olunur. Bunların bəziləri kimyəvi maddələr olsa da, bəziləri təbii mənşəli olur. 

Kimyəvi mənbələrdən əldə olunan, sintetik mənşəli qida əlavələri xüsusilə də, rəngli olanlar insan sağlamlığına mənfi təsir göstərir".

 

Bəs, hansı insanlara rəngli qidalar kəskin şəkildə təsir göstərir ?

 

Məsələ ilə bağlı qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, rəngli qidalar immun sistemi aşağı olan insanlarda, az yaşlılar da daha tez və kəskin şəkildə özünü göstərir:

 

"Bir çox rəng verən sintetik mənşəli maddələr var ki, bunlar asma və mədə-bağırsaq sisteminin pozulması, həzm sisteminin pozulması ilə nəticələnir. Bir çox qida əlavələri var ki, bunlar ən təhlükəli E102, E110 kimi rəngləyici maddələr var ki, bunlar birbaşa olaraq, uşaqlarda davranış və diqqət problemi kimi funksiyaların pozulmasına, eyni zamanda inkişafda olan bir orqanizmin əqli cəhətdən inkişafdan geri qalmasına səbəb ola bilər. Bəzilərində həzm probleminə gətirib çıxarır ki, bu da mədədə şişkinliyin yaranmasına səbəb ola bilər".

 

Mütəxəssisin sözlərinə görə, qida əlavələri var ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində istifadəsi qadağan olunub:

 

"Bir çox hallarda, hormonun pozulmasına səbəb olan qida əlavələri var ki, onlardan da istifadə etmək qolaltı vəzinin yaranmasına gətirib çıxara bilər. Qidaları alarkən mütləq içindəki maddələrə diqqətlə baxmaq lazımdır. Sintetik mənşəli olanlardan uzaq durmaq vacibdir. Nəzərdə tutmaq lazımdır ki, rəf ömrü uzun olan, qida məhsullarının əksəriyyətində dadlandırıcılar insan sağlamlığına bir çox fəsadlar verə bilər. Ümumiyyətlə, dadlandırıcı olaraq, daha çox təbii maddələrdən istifadə olunan ərzaqları seçmək lazımdır".

 

Nigar Səmədli