Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları
Bölmə: MEDİA › ,Tarix: 14:54 17.12.2024
Görkəmli alim və mətbuat tədqiqatçısı professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunan Azərbaycan mediası tarix və müasirlik adlı beynəlxalq elmi-praktiki konfransın davamı kimi Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları adlı" plenar iclas keçirildi.
İclası giriş sözü ilə panelin sədri Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova açdı.
Panelin gedişində Jurnalistika fakültəsinin doktrantı Nərmin Nəbiyeva "Sənədli televiziya filmlərində istifadə olunan üslub normaları", magistrant Ma Hongyu "Media sənayesində verilənlərin tətbiqi(Çin nümunəsindən istifadə etməklə)", Aysel Şirinova "Qərbi Azərbaycan icmasının fəaliyyəti TV və radioda" adlı təqdimatları ilə çıxış etdilər.
Tələbələr müəllimlərin verdiyi sualları cavabladılar.
Panelin sonunda Billurə Aslanova "Televiziyanın auditoriyaya təsiri:mənəvi və psixoloji aspektlər" adlı təqdimatı ilə çıxış etdi. Şirməmməd Hüseynovun "Televiziya kütləni arxası ilə aparmalıdır, o kütlənin ardınca getməməlidir" sözlərinə diqqət çəkdi.
Qeyd edək ki, eyni zamanda "Şirməmməd Hüseynov-Azərbaycan Mətbuatı Tarixinin Görkəmli Tədqiqatçısı kimi" və "Klassik Publisistika və Müasirlik" adlı panellər də keçirildi.
Banuçiçək Kalbalıyeva