Media və reklam-Yaradıcılıq və kommersiya arasında tarazlıq

Bölmə: MEDİA › ,
Tarix: 22:39 18.12.2024

Mövzu ilə bağlı media eksperti Zeynal Məmmədli "informator.az"a açıqlamasında bildirib ki, media biznes sahəsidir və onun başlıca hədəfi auditoriyanı bilgiləndirmək, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarına cavab verən şəkildə və onların ortaq maraqlarını tapmaq, ortaq məxrəcə gətirməkdir:

 

“Kommersiya bir məhsulun daha çox satılmasını əsas götürür, biznes marağı isə öz fəaliyyətimizi təmin etmək üçün maliyyənin təmin edilməsidir. Əgər biz yaradıcı üsulların zənginliyini, müxtəlifliyini nəzərdə tuturuqsa, biz yalnız ictimai rəyə bunun necə daha asan, dolğun, dəqiq çatdırmaq mənasında anlamalıyıq və buna uyğun media biçimləri tapmalıyıq”.

 

Ekspert "məqsədimiz bilgiləndirməkdir, lakin biçim olaraq əyləndirməkdən istifadə edirik" fikrini vurğulayıb:

 

“Reklam fəaliyyətində əsas məqsəd satmaqdır, əgər biz maqazin mediasından danışırıqsa, biznes kimi satmaq onlar üçün əsasdır. Sosial istiqamətli bütün cəmiyyətin maraqlarını nəzərə alan ortaq məxrəcə gətirən bir mediadan söhbət gedir. Burada hökumətlə, siyasi partiyalarla, cəmiyyətdəki müxtəlif azlıqlarla münasibətləri var. Auditoriyanın maraqlarını öyrənmək üçün də sosioloji sorğulara böyük ehtiyacımız olur, amma təəssüf ki, Azərbaycan mediyası belə bir sorğularla faydalanmır”.

 

Aydan Quliyeva