Qızıl zəmanət nə qədər etibarlıdır ?
Bölmə: Sosial › ,Tarix: 23:46 18.12.2024
Əksər mağazalarda elektron məhsul alarkən əlavə qızıl zəmanət paketləri təklif edilir. Bəziləri bu paketləri faydalı hesab edib, qızıl qiymətinə alır, bəziləri də bunun sadəcə marketinq hiyləsi olduğunu düşünür.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında marketoloq Marat Namazov bildirib ki, qızıl zəmanətlə bağlı alıcılar bunu başa düşməlidirlər ki, aldıqları zəmanət deyil, xidmətdir:
“Sadəcə bunun adını zəmanət olaraq məhsulun yanında alıcılara satırlar. Bunu aksesuar, qulaqcıq kimi də düşünə bilərsiniz. Çünkü bu məhsulun da öz maya dəyəri, öz qazancları var. Yəni şirkətlər bunu sizə faydalı olsun deyə yox, qazansınlar deyə satırlar. Bundan əlavə şərtlərdə qeyd olunur ki, konpensasiya məsələsi var ki, birinci ay 100% konpensasiya edirlər,ikinci ci ay 70%, üçüncü ay 50% konpensasiya edirlər. Alıcı elə bilir ki, sabah 1000 manata aldığı telefon sınsa, bunu təmir etməsələr, pulun 50%-i geri qaytaracaqlar. Amma bu belə deyil, o sadəcə sizə növbəti məhsula 500 manatlıq endirim verəcək. Bu da o deməkdir ki, mağaza sizi yenidən öz alıcısına çevirməyə cəhd edir. Ümumiyyətlə, alıcılar qızıl xəmanətdən yox, aldıqları məhsulun rəsmi servisinin zəmanətini istəməlidirlər”.
Mehriban Nəsibova