1 nömrəli tam orta məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib
Bölmə: Sosial › ,Tarix: 19:17 19.12.2024
“İnformator.az”xəbər verir ki, məktəbin iki sinfində pelet sobasının tıxanması səbəbindən yaranan tüstü nəticəsində 71 nəfər xəstəxanaya yerləşdirilib.
TƏBİB-in məlumatına görə, zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb. Hazırda aidiyyəti qurumlar hadisənin səbəblərini araşdırır.
Xanım Ağamalıyeva