Təhsilverənlərin əməkhaqqları məsələsi-Ekspert RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 21:32 20.12.2024

Orta məktəb müəllimlərinin maaşları aktual mövzulardan biridir.

 

 Bəs bu maaşların artırılması nə dərəcədə zəruridir və biz bu barədə hansı dəyişiklikləri görürük ?

 

Məsələ ilə bağlı, təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, təhsil müəssisələrində çalışan təhsilverənlərin əməkhaqqılarının artırılması ilə bağlı dövlət müəyyən tədbirlər həyata keçirir:

 

"Ən sonuncu belə tədbir sertifkasiya prosesidir. Bu proses nəticəsində müsabiqə şərtini ödəyən namizədlərin əməkhaqqlarında artırılmalar olur. Məsələn, 51 bal və 35% artım, 35 və 51 bala qədər nəticə göstərənlərdə isə 10% əməkhaqqlarında artım nəzərdə tutulub. Bu sertifkasiyadan keçən hər bir təhsilverən üçün müvafiq olaraq hesablanır və əməkhaqqlarında bunu sertifkasiya prosesinin iştirakçıları görə bilirlər. 

Ümumi əməkhaqqlarının artırılma məsələsinə gəldikdə isə, düşünürəm ki, təhsilverənlərin əməkhaqqları artırılmaları və bununla paralel onlarda nəzarət mexanizmi tətbiq etmək lazımdır. Bilirsiniz ki, hazırda təhsilverənlər tədris prosesində yalnız müəyyən bir dövrü dərs saatlarına uyğun təhsil müəssisələrində qalır və daha sonra isə  istədikləri kimi repetitor hazırlıqları ilə məşğul olurlar. Biz burada elə bir mexanizm qurmalıyıq ki, onları əməkhaqqı qane etməlidir və repetitorluğun qarşısını almaq üçün də, onların iş saatında təhsil müəssisəsində olmağı təmin olunmalıdır".

 

Həmçinin ekspert əməkhaqqıların artırılmasının birbaşa dərs prosesinin keyfiyyətinə də təsir edəcəyindən danışıb:

 

"Əməkhaqqı artırılsa, təbii ki, dərs keyfiyyətinə müsbət təsir göstərər. Çünki hər bir şəxs stimulverici qərarlar qəbul olunduğu zaman, özünü daha da yaxşı tərəfdən göstərməklərinə təsir göstərir".

 

Nigar Həsənzadə