“Dövlət qurumlarında ictimaiyyətlə əlaqələrin önəmi”-mövzusunda elmi seminar
Bölmə: MEDİA › ,Tarix: 16:46 23.12.2024
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Zənurə Talıbovanın “Dövlət qurumlarında ictimaiyyətlə əlaqələrin önəmi” mövzusunda elmi seminarı təşkil olunub.
"İnformator.az" xəbər verir ki, Seminar zamanı Z. Talıbova bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ictimaiyyətlə əlaqələr kommuniksiyanın və reputasiyanın idarə edilməsinin bütün aspektlərini əhatə edən mürəkkəb, çoxşaxəli bir sahə kimi qəbul edilib.
Özəl qurumlarda olduğu kimi dövlət qurumlarında da inamın yaradılması, nüfuzun idarə edilməsi və müxtəlif hədəf auditoriyaları ilə uğurlu qarşılıqlı əlaqələrin qurulmasında PR-dan əsas vasitə kimi istifadə olunur.
Doktorant PR sahəsində mövcud vəziyyəti, çağırışları real nümunələr əsasında tələbələrə təqdim edib. Seminar interaktiv formatda keçirilib. Tələbələr onları maraqlandıran sualları veriblər.