"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" bir daha güclü rəqib olduğunu sübut edib"

Tarix: 22:24 12.08.2025
"Qarabağ" güclü rəqib olduğunu sübut edib.
"İnformator.az" xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.
O, böyükhesablı məğlubiyyəti şərh edib: "Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Onlar bizdən çox yaxşı oynadılar. Xüsusi ilə ilk hissədə çox pis təsir bağışladıq. Başlıca problemlərimizdən biri erkən qollar buraxmağımız oldu. Çempionlar Liqasında rəqiblər hər zaman güclü təsir bağışlayırlar. Sabahdan bu məğlubiyyəti təhlil edəcəyik. Artıq Avropa Liqasının pley-off mərhələsi barədə düşünəcəyik. Təbii ki, bu cür məğlubiyyət gözləmirdik. İstəyirdik ki, yaxşı nəticə qazanaq. Lakin belə məğlubiyyətlər komandaya və futbolçulara təcrübə qazandırır. Bu məğlubiyyətdən dərs çıxarmağa çalışacağıq". Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.