Ərdoğan Kavelaşvili ilə regional əməkdaşlığı müzakirə edib

Bölmə: Siyasət › ,
Tarix: 19:56 12.08.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.


"İnformator.az" xəbər verir ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və əlaqələrin dərinləşdirilməsi müzakirə olunub. Prezidentlər regionda sülh və təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.