Paris Saint-Germain Alexander Isak əməliyyatına başlayıb!

Tarix: 23:08 23.12.2024
Paris Saint-Germain-in Alexander Isak-ı gündəmində saxladığı iddia olunur.
Paris Saint-Germain-in Newcastle United-dan Alexander Isak-la maraqlandığı bildirilib. Newcastle United-ın Alexander Isak transferi üçün 100 milyon avro büdcə ayırdığı vurğulanıb. Fransız nəhənginin qış transfer dövründə isveçli hücumçunu heyətinə qatmaq üçün işlərini sürətləndirəcəyi qeyd edilib.
Alexander Isak bu mövsüm Newcastle United-da 18 oyunda iştirak edib. İsveçli hücumçu bu oyunlarda 11 qol vurub və 4 assist edib.
Alexander Isak-ın Newcastle United ilə müqaviləsi 30 iyun 2028-ci ildə başa çatacaq.
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli