“Beşiktaş” öncə anlaşıb, sonra transferdən vaz keçib

Bölmə: İdman › ,
Tarix: 22:37 17.07.2025

 

Beşiktaş” heyətinə qatmaq istədiyi Kayl Uolker-Pitersin transferindən vaz keçib.

 

"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, buna səbəb oyunçunun İstanbul klubu ilə anlaşdığının ardından “Vest Hem Yunayted”lə danışıqlar aparması olub.


İngiltərəli müdafiəçi İstanbul təmsilçisindən zaman tələb etsə də, paralel olaraq Premyer Liqa klubuyla masaya oturub.


Bu vəziyyət “Beşiktaş” rəhbərliyini özündən çıxarıb və onlar transferdən vaz keçib.