Trampa xroniki venoz çatışmazlığı diaqnozu qoyulub

Tarix: 23:10 17.07.2025
ABŞ Prezidenti Donald Tramp ayaqlarında “yüngül ödem” və qollarından birində qançırlar səbəbindən tibbi müayinədən keçib. Onda 70 yaşdan yuxarı insanlar üçün xarakterik olan vena xəstəliyi aşkar edilib.
"İnformator.az" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt ənənəvi brifinq zamanı bildirib.
O, Trampın həkiminin müayinəni ətraflı təsvir edən qeydini paylaşıb.
Bildirilib ki, Tramp ultrasəs müayinəsindən (USM) və damarları əhatə edən "kompleks müayinə"dən keçib. Müayinə 79 yaşlı dövlət başçısında xroniki venoz çatışmazlığı olduğunu müəyyən edib.
Klivlend klinikasının məlumatına görə, bu vəziyyət insanın ayaqlarındakı venaların qanı ürəyə geri vurmaqda çətinlik çəkdiyi zaman yaranır, bu da qanın toplanmasına səbəb olur.