“Bir həftədə həyatınız dəyişə bilər”
Bölmə: İdman › ,Tarix: 12:06 13.01.2025
İkinci seçim qapıçısı olmaq çətin ola bilər, xüsusilə dünyanın ən böyük klublarından birində oynayırsınızsa.
Altay Bayındır dekabr ayında tənqid hədəfinə çevrilib. O, Mançester Yunaytedin Karabao Kubokunun dramatik 1/4 final mərhələsində Tottenhama 4:3 hesabı ilə məğlub olduğu oyunda Son Hyun-Minin 88-ci dəqiqədəki birbaşa künc zərbəsindən qol buraxıb.
Ancaq cəmi bir ay və bir oyun sonra baş məşqçi Ruben Amorim onu “bizim qəhrəmanımız” adlandırdı. 26 yaşlı qapıçı, FA Kubokunun üçüncü raundunda Arsenal üzərində penaltilərlə qazanılan qələbədə (1:1 hesabından sonra) həlledici rol oynadı.
2023-cü ilin sentyabrında Fenerbahçedən 4,3 milyon funt sterlinq qarşılığında Yunaytedə keçən Türkiyə millisinin oyunları yalnız kubok yarışları ilə məhdudlaşıb. O, bu mövsüm Karabao Kuboku və FA Kubokunda dörd oyuna çıxıb.
Tottenham məğlubiyyətinin yaratdığı ağrıdan və onun bacarığı ilə bağlı şübhələrdən sonra, Bayındır Arsenalı məğlub edən Yunaytedin əfsanəvi qələbəsində əsas qəhrəman kimi alqışlandı.
Oyunun 61-ci dəqiqəsində Diogo Dalot qırmızı vərəqə alsa da, komanda əlavə vaxta gedən matçda qələbəni təmin edə bildi.
“Futbolçu həyatı dövrlərdən və anlardan ibarətdir”,-deyə Yunaytedin baş məşqçisi Amorim bildirib.
“Bəzən bir həftədə həyatınız dəyişə bilər, bunu Altayda görə bilərsiniz. Tottenhama qarşı hamı Altaya görə narahat idi və bunu anlayıram – amma bu gün o bizim qəhrəmanımız oldu. O, yaxşı bir insandır, çox çalışır və həyat gözəl şeylərlə doludur”.
Mənbə: BBC Sport
Aytac Mustafayeva