Qalatasarayda ayrılıq tələbi! Okan Burukla görüşdü..
Bölmə: İdman › ,Tarix: 20:53 13.01.2025
Qalatasarayda bu mövsüm oyun şansı tapmaqda çətinlik çəkən futbolçunun Okan Burukla görüşərək ayrılmaq qərarını bildirdiyi qeyd olunub.
Qalatasarayda bu mövsüm şans əldə etməkdə çətinlik çəkən Viktor Nelson gözlənilməz bir qərar verib. Danimarkalı müdafiəçinin Okan Burukla görüşərək komandadan ayrılmaq istədiyini dediyi bildirilib.
Viktor Nelsonun Okan Burukla görüşündə, “Qalatasarayda olmaqdan xoşbəxtəm, amma daim oynayacağım bir yerə getmək istəyirəm” ifadələrini işlətdiyi vurğulanıb.
Okan Burukun isə təcrübəli müdafiəçiyə, “Nelsson, sənə ehtiyacım var. Vaxtı gələndə əsas heyətdə olacaqsan. Qalmaq qərarı versən, sənə daha çox şans verə bilərəm” deyə cavab verdiyi qeyd edilib.
Qalatasarayın uyğun bir təklif gəldiyi təqdirdə Viktor Nelsonun ayrılmasına müsbət yanaşdığı qeyd olunub. Sarı-qırmızılıların 26 yaşlı müdafiəçi üçün 10 milyon avrodan aşağı təklifləri qəbul etməyəcəyi vurğulanıb.
Viktor Nelson bu mövsüm Qalatasarayda 16 oyunda çıxış edib və ümumilikdə 614 dəqiqə meydanda olub. 26 yaşlı müdafiəçinin müqaviləsi 2026-cı ildə başa çatır. Viktor Nelsonun hazırkı bazar dəyəri 14 milyon avrodur.
Nordsjaelland akademiyasında yetişən Viktor Nelson daha sonra Kopenhagen klubunda oynayıb. O, 2021-2022 mövsümünün əvvəlində 7 milyon avro qarşılığında Qalatasaraya transfer olub.
26 yaşlı müdafiəçinin müqaviləsində 25 milyon avroluq sərbəst qalma maddəsi yer alır. Viktor Nelson Danimarka milli komandasında 16 oyunda iştirak edib.
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli